Rusiya heç vaxt G8-ə qayıtmaq istəməyib - Lavrov

Rusiya heç vaxt G8-ə qayıtmaq istəməyib - Lavrov backend

Rusiya heç vaxt G8-ə qayıtmaq istəməyib.

Modern.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib. O, ABŞ Prezidenti Donald Trampın Rusiyanın G8-ə qayıtması haqqında söylədiklərinə münasibət bildirib:

“Qərbli müttəfiqlərimiz G8-ə qatılmamağa və G7 formatına qayıtmağa qərar verdiklərində bunu normal qarşıladıq. Digər formatlarda çox gözəl şəkildə işləyirik”.

Qeyd edək ki, Donald Tramp açıqlamasında Rusiyanın G8-ə qayıtmasının vacib olduğunu söyləyib.