Böyük İpək Yolu Ermənistanın Aştarax rayonunun Aqxdzx kəndindən keçib.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə erməni arxeoloq Hakob Simonyan çıxış edib.Simonyan kənddə apardığı araşdırmalar zamanı qədim xanədanlıq ailələrinə məxsus qiymətli əşyalar tapdığını bildirib: “Bunlar Aqxdzx kəndinin orta əsrlərdə siyasi mərkəz olduğunu və Böyük İpək Yolunun buradan keçdiyini göstərir”.
Qeyd edək ki, Böyük İpək Yolu Çindən başlayıb Avropayadək uzanan ən məşhur ticarət yoludur. Yolun əsas xətlərindən biri Çindən başlayaraq Orta Asiyadan keçməklə Xəzər dənizi üzərindən Azərbaycana, buradan da Gürcüstan üzərindən Qara dənizədək uzanır. Digər xətlərdən biri də Çindən başlamaqla Orta Asiya və indiki İran ərazilərindən (Güney Azərbaycan) Azərbaycanın Naxçıvan bölgəsinə, buradan da keçmiş Osmanlı (indiki Türkiyə) ərazilərindən keçməklə İspaniyayadək uzanır. Yəni, indiki Ermənistan əraziləri bu xətlərdən kənarda qalır.