Rusiyadan NATO-ya hərbi qadağa

Rusiyadan NATO-ya hərbi qadağa backend

Rusiya öz ərazisindən hava yolu da daxil olmaqla NATO-nun Əfqanıstana hərbi təchizat və texnika daşınmasını qadağan edib.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, ölkənin Baş naziri Dmitri Medvedyev tərəfindən imzalanmış sərəncama görə, BMT Təhlükəsizlik Şurasının 1386 nömrəli qərarının sona çatması səbəbindən Moskva Əfqanıstana gedən bütün tranzit yolları bağlayıb. Sərəncama uyğun olaraq Nazirlər Kabineti aidiyyəti təşkilatlara bildiriş göndəriləcəyini açıqlayıb.

Bildirək ki, Rusiya 2012-ci ilin iyununda NATO-ya Əfqanıstana hərbi təchizat daşınması üçün tranzit yol verib. Eyni zamanda, 2009-cu ildən bəri şimal qonşumuz NATO tərəfindən Əfqanıstana qeyri-hərbi təchizatın da daşınmasına icazə verib.
Diaspora