İranda Fələstin xalqına dəstək üçün Əl-Qüds günü münasibətilə kütləvi anti-İsrail aksiyaları keçirilir.
AzVision.az IRNA agentliyinə istinadən xəbər verir ki, İsrail əleyhinə aksiyalar İranın 900-dən çox şəhərini əhatə edir.Hər il keçirilən ənənəvi etiraz yürüşlərinin bu dəfəki şüarı isə belədir: “Müqavimət cəbhəsinin qələbəsi", "ABŞ və İsrailin düşmən fəaliyyətinin tənəzzülü", "Fələstinin qaytarılması”.
Aksiya iştirakçıları həmçinin, İsrailin fələstinlilərə qarşı təcavüzkar davranışlarını qınayan bəyanatlar səsləndirirlər.
Qeyd edək ki, Əl-Qüds günü İranda 1979-cu ildən qeyd edilir və qəməri təqviminə əsasən, Ramazan ayının sonuncu cümə günündə keçirilir. Əl-Qüds günündə bir sıra ərəb dövlətlərində Fələstin xalqına dəstək nümayiş etdilir. Bu gün Yəmən, İraq və hətta Dəməşqdə də oxşar aksiyalar keçirilib.