Türkiyə Silahlı Qüvvələri Şimali İraqın Zap, Hakurk və Qəndil bölgələrinə aviazərbələr endirib.
Axar.az xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.Hava əməliyyatı nəticəsində terrorçulara məxsus silah mövqeləri, sığınacaqlar və istehkamlar məhv edilib.
Qeyd edək ki, türk ordusunun yaxın günlərdə Qəndilə girəcəyi gözlənilir.