Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olmasına qarşı çıxacaq.
Modern.az saytının məlumatına görə, bu haqda “Kommersant”a müsahibəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bildirib.O qeyd edib ki, Azərbaycan Ermənistanı bloklayan bir ölkədir.
“Ermənistana və ermənilərinə qarşı dünyada istifadə olunan terminologiyaya baxın. Avrasiya İqtisadi İttifaqı isə əməkdaşlıq üçündür”-deyə Mnatsakanyan bildirib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistan ittifaqın üzvləridir.