Türkiyə Silahlı Qüvvələri PKK-nın İraqın şimalındakı Avaşin-Basyan düşərgəsinə hücum edib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, hücum zamanı düşərgə darmadağın edilib, xeyli terrorçu öldürülüb.PKK-çılara qarşı əməliyyatlar ölkə daxilində də davam edib. Ağrı vilayətində terrorçularla türk əsgərləri arasında atışma nəticəsində 5 PKK-çı məhv edilib.