“Kremlin Donbasda müharibənin əsas təşəbbüskarı olması Rusiyada artıq heç kimə sirr deyil”.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı müxalif Andrey Piontkovski çıxış edib.Onun sözlərinə görə, Rusiya hərbi itkilərini hər kəsdən gizlədir. Piontkovski Putinin hakimiyyətinə Rusiyanın itkilərinin ortaya çıxacağı zaman son qoyulacağını bildirib.