Türk ordusu Afrindən sonra Qəndildə PKK-nın kökünü qazacaq.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, terror təşkilatına qarşı əməliyyata başlayan Türk Silahlı Qüvvələri Suriyadan sonra İraqda PKK-çıları sıxışdırmaqdadır.Türk əsgəri tərəfindən Qəndildə keçirilməsi nəzərdə tutulan əməliyyatın bəzi təfərruatları məlum olub.
Kiçik hərbi birləşmələrlə irəliləyən türk əsgərinin Qəndildə keçirəcəyi əməliyyatlara 2-ci Ordu komandiri, general-polkovnik İsmayıl Metin Temel rəhbərlik edəcək.
Xatırladaq ki, Temel Paşa CHP-dən prezidentliyə namizəd Məhərrəm İncənin hədəfinə çevrilmişdi. Belə ki, İncə vəzifəyə gələcəyi təqdirdə Temel Paşanın "paqonlarını" sökəcəyini söyləyirdi.