ABŞ İraq hökumətinə Ər-Ramadi şəhərini geri qaytarmağa kömək edəcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke bildirib.“Sözsüz ki, bu uğursuzluqdu. ABŞ Ər-Ramadini İraqa qaytarmağa kömək edəcək, heç kim buna şübhə etməsin”, deyə Ratke bildirib.
Qeyd edək ki, ötən gün “İraq-Şam İslam Dövləti” qruplaşması İraqın qərbindəki Əl-Ənbər əyalətinin mərkəzi sayılan Ər-Ramadi şəhərini tamamilə ələ keçirib.