"Hakimiyyətin səhvi əsas postlara təyin etdiyi investorlardır".
Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın sabiq İqtisadiyyat naziri Viktor Suslov bildirib.Suslov hökumətin apardığı səriştəsiz siyasətin Ukraynanın dağılmasına səbəb olacağını bildirib:
"Hökumətin təyin etdiyi investor bankirlər qiymətli kağızlar üzrə mütəxəssislərdir. İqtisadiyyatın təşkili üzrə mütəxəssislər deyillər. Bu sahənin mütəxəssisləri iqtisadiyyatı görmürlər. Bu isə parçalanmaya səbəb olacaq. Putindən də ən böyük təhlükə ölkənin dağılmasıdır. İndi oliqarxlar və regiondakı elitalar öz çıxarları üçün yağlı tikələri ələ keçirməyə çalışırlar. Buna görə, ölkədə vəziyyət son dərəcə neqativdir".