Çubarov: “Ruslar Krımdan qaçacaq”

Çubarov: “Ruslar Krımdan qaçacaq” backend

“Bu gün Krımdakı vətəndaşlarımızın böyük çətinliklər çəkdiyini bilirik”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Krım Tatar Məclisinin sədri Refat Çubarov çıxış edib. O, Krım tatarlarının deportasiyasının 71-ci ildönümü münasibətilə mesaj yayımlayıb:

“Krımı işğal edən ruslar bir gün bizim torpaqlarımızdan qaçmağa məcbur olacaqlar. Hamımız bu sevincli günlərin tez gerçəkləşməsi üçün çalışırıq. Lakin hələlik bunun üçün vaxt lazımdır. Buna görə də bütün Krım tatarları birlik nümayiş etdirməlidir. Bu gün Krımdakı vətəndaşlarımızın böyük çətinliklər çəkdiyini bilirik. Allah hamımıza vətənimizdə yenidən bir arada olmağı nəsib etsin! Sürgündə ölənlərə isə Allah rəhmət etsin”.

Qeyd edək ki, 1944-cü ildə Krım tatarları Özbəkistana və SSRİ-nin digər bölgələrinə deportasiya olunublar.
Diaspora