NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, İsrail İranla münaqişəyə başlayarsa, Alyans ona kömək etməyəcək.
Virtualaz.org bildirir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.Baş katibin sözlərinə görə, İsrail NATO-nun tərəfdaşı olsa da ona üzv deyil, buna görə də Alyans ölkənin tam təhlükəsizliyinə təminat verə bilməz.
O həmçinin vurğulayıb ki, Alyans Yaxın Şərqdəki nizamasalma prosesində iştirak etmir: "Bu bizim işimiz deyil ".
Yens Stoltenberq onu da əlavə edib ki, NATO-ya üzv ölkələr arasında nüvə müqaviləsi ilə əlaqədar İranla fikir ayrılığı var.