Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 21 yaşlı fələstinli qız həlak olub.
Axar.az xəbər verir ki, lokal toqquşmalar zamanı 100-dən çox fələstinli yaralanıb.Qeyd edək ki, martın 30-dan fələstinlilər Qəzza sərhəd zolağında “Böyük Qayıdış” yürüşünə başlayıb.
Bu günə qədər toqquşmalarda yüzlərlə fələstinli həlak olub və yaralanıb.