347 nəfəri öldürən fəlakət… – Yenidən təkrarlandı

347 nəfəri öldürən fəlakət… – Yenidən təkrarlandı backend

İndoneziyanın Yava adasındakı Merapi vulkanı yenidən püskürüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, vulkan püskürməsi nəticəsində əmələ gələn kül və duman 6 km hündürlüyə qədər yüksəlib.

Rəsmilər hələlik vulkan püskürməsinin Adisutjipto hava limanında işə təsir etmədiyini açıqlayıblar.

Mütəxəsisslər İndoneziyada 130 aktiv vulkanın olduğunu bildiriblər.

Qeyd edək ki, 2010-cu ildə Merapi vulkanının püskürməsi nəticəsində 347 nəfər həlak olmuşdu.