Rusiya Avropa ilə barışır

Rusiya Avropa ilə barışır backend

“Rusiya Avropanın bütün ölkələri üçün təbii müttəfiqdir”.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin söyləyib.

Onun sözlərinə görə, Rusiya Avropa ilə yenidən dialoqa girməlidir:

“Parlamentlərarası məsləhətləşmələr zamanı biz gələcək əməkdaşlığımız üçün daha möhkəm zəmin axtarmağa çalışacağıq. Köhnə və etibarsız mövqeyə qayıtmaq düşüncəsiz hərəkət olardı. Bu, son yüzillikdə Avropa ilə ilk soyuqlaşmağımız deyil. Rusiyaya qarşı kobud siyasətin təsiri hələ də unudulmayıb. Bu təsirlər uzun müddət normal dialoq qurmağa mane olacaq”.
Diaspora