Moskva erməni deputatı həbs etdi

Moskva erməni deputatı həbs etdi backend

Moskva məhkəməsi əslən erməni olan keçmiş rusiyalı deputat Aşot Yeqiazaryanı 7 il qiyabi həbs cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, məhkəmə həmçinin onu 700 min rubl məbləğində də cərimələyib.

Yeqiazaryanla bərabər, onun köməkçiləri Vitali Qoqoxiya və Maksim Kloçin 4 il həbs cəzasına məhkum edilib. Eks-deputatın qardaşı Artyom Yeqiazaryan isə 600 min rubl məbləğində cərimələnib və 5 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Yeqiazaryan Liberal Demokrat Partiyasının üzvüdür. Hazırda ABŞ-da yaşayan eks-deputat 7 milyard rubl vəsaiti mənimsəməkdə ittiham edilib.