Rusiya Cənubi Amerikaya silah göndərir

Rusiya Cənubi Amerikaya silah göndərir backend

Rusiya mayın sonuna kimi Peruya 7 ədəd Mi-171Ş vertolyotu göndərəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosoboroneksport” dövlət şirkətinin direktorunun müavini Sergey Ladıqin açıqlama verib. O, Peru ilə bağlanmış müqavilə çərçivəsində növbəti partiyanı göndərəcəklərini bildirib.

Qeyd edək ki, Rusiya ilə Peru arasında 2013-cü ilin dekabrında 24 ədəd Mi-171Ş vertolyotunun satışı barədə müqavilə imzalanıb. Müqavilə 400 milyon dollar dəyərindədir.
Diaspora