Paşinyan ona hücum edən meri tutdurdu

Paşinyan ona hücum edən meri tutdurdu backend

Ermənistan polisi İrəvanda baş verən iğtişaşlarla bağlı 5 nəfəri həbs edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan danışıb.

Həbs olunanlar arasında Masis şəhərinin meri David Ambartsumyan və onun müavini Karen Ohanyan da olub.

Xatırladaq ki, aprelin 22-də Ermənistanın paytaxtı İrəvan şəhərində bir qrup maskalı şəxs Paşinyanın liderliyi ilə keçirilən aksiya iştirakçılarına hücum etmişdi. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.