Nazarbayev ömrünün sonunadək bu vəzifədə qalacaq - Qanun qəbul edildi

Nazarbayev ömrünün sonunadək bu vəzifədə qalacaq - Qanun qəbul edildi backend

Qazaxıstan Senatında “Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurası haqqında” qanunu qəbul edib.

Trend-in məlumatına görə, yeni qanuna əsasən, ölkənin hazırkı prezidenti Nursultan Nazarbayev tutduğu vəzifədən asılı olmayaraq ömrünün sonunadək Təhlükəsizlik Şurasının sədri kimi təsdiq olunur.

Qeyd edək ki, Qazaxıstan Təhlükəsizlik Şurası 1991-ci ildə yaradılıb və 11 nəfərdən ibarətdir.