NATO Rusiya strategiyasını dəyişdirir

NATO Rusiya strategiyasını dəyişdirir backend

NATO baş katibinin müavini Aleksandr Verşbou alyansın Rusiya strategiyasını dəyişdirəcəyini açıqlayıb.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən NATO Parlament Assambleyasının iclasında çıxış edən Verşbou Ukraynada yaşanan hadisələrin vəziyyəti kökündən dəyişdiyini deyib:

“Ukrayna böhranı səbəbindən Avropanın təhlükəsizlik vəziyyəti dəyişib. NATO Strateji Konsepsiyasının Rusiya ilə əlaqədar hissəsinin yenilənməsi lazımdır. Rusiya ilə əlaqələrimizə yenidən baxacağıq”.

Bundan başqa NATO rəsmisi Minsk müqaviləsinin reallaşmayacağı təqdirdə Rusiyaya qarşı təcrid siyasətinin genişləndiriləcəyini və yeni sanksiyaların tətbiq ediləcəyini bildirib.
Diaspora