ABŞ terrorçularla əlaqəni kəsir - Çavuşoğlu

ABŞ terrorçularla əlaqəni kəsir - Çavuşoğlu backend

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Menbiç məsələsi ilə bağlı açıqlama verib.

Axar.az xəbər verir ki, nazir YPG terror qruplaşmasının Menbiçi tərk edəcəyini açıqlayıb.

“YPG Menbiçi tərk edəcək, Türkiyə isə yoxlamalar aparacaq. ABŞ Qəndil bağlantılarını kəsmək istəyir. Proses zamanı təhlükəsizliyi təmin edəcəyik. Razılaşma əldə olunsa, bu modeli bütün şimali Suriyada tətbiq edə bilərik. ABŞ-ın YPG-PKK əlaqəsini kəsmək istədiyini düşünürəm”, - Çavuşoğlu bildirib.

Xatırladaq ki, Mövlud Çavuşoğlu iyunun 4-də Vaşinqtona səfər edəcək.