Rusiyada fəaliyyət göstərən Rusiya Liberal Demokra Partiyasının (RLDP) sədri Vladimir Jirinovski İranda gözlənilən sosial partlayışlardan danışıb.
Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, Jirinovski bildirib ki, ABŞ-ın İran iqtisadiyyatına güc gəlməsi qeyri-mümkündür. Amma bu ölkədə stablliyi pozan sosial partlayışlara səbəb olacaq. Belə halda isə İrandan üzü şimala böyük qaçqın kütləsi axışa bilər.“İranlıların qaçası yeri şimaldır. Onlar Gürcüstanı, Ermənistanı və Azərbaycanı bürüyəcəklər. Siz onları Rostovda da qarşılayacaqsəz. Biz ABŞ-ın Meksikada etdiyi kimi sərhədə hasar çəkə bilmərik”.



