ABŞ-ın Ohayo ştatından olan İkinci Dünya Müharibəsi veteranı məktəbi 92 yaşda bitirməsi haqda attestat alıb
Qaziler.az Lenta.ru-ya istinadən bildirir ki, Robert Lokard müəllimlə arasında olan xoş olmayan münasibətə görə 70 il əvvəl orta məktəbi atıb. Gənc əvvəlcə restoranda aşpaz kimi çalışmış, hərbi xidmətə çağrılanda isə hərbi aşpaz olub.Amerikalı Mərkəzi Avropa və Fransanın şimalındakı döyüşlərdə iştirk edib. İkinci Dünya Müharibəsində hərbi şücaətinə görə, o, "Qələbə" medalı ilə təltif edilib. Jurnalistlərlə söhbətdə Lokard etiraf edib ki, "həddən artıq ölüm gördüyünə görə, müharibəni xatırlamaq istəmir".



