Vaşinqton və Seul Pxenyanı danışıqlar masasına qaytarmaq üçün təzyiqləri artıracaqları barədə razılığa gəliblər. Bu Cənubi Koreyaya səfəri zamanı ABŞ dövlət katibinin gəldiyi nəticədir.
Con Kerri Birləşmiş Millətlər Təşkilatının qətnamələrini həyata keçirmək üçün Şimali Koreya rəhbərliyinin imtina etdiyi qərarı “ehtiyatsız” adlandırıb. “Son təhrikə əsasən Şimali Koreya nüvə məsələsi ilə bağlı danışıqlara hazır deyil.” -Con Kerri belə hesab edir.O qeyd etdi ki, bu vəziyyət dəyişməsə Vaşinqton yeni sanksiyaların tətbiqini istisna etmir və Cənubi Koreya rəsmiləri ilə ittifaqa girəcək.
“Biz Şimali Koreyanın tərəfindən gələn təhdidlərə qarşı birləşmişik, həmçinin Şimali Koreya son hərəkətiylə denuklerazasiyasına dair danışıqlara başlanmasını istəmədiyini nümayiş etdirib.”
ABŞ dövlət katibinin bu bəyanatı, sualtı ballistik raketin uğurla buraxılması barədə Pxenyandan gələn məlumatı fonunda verilmisdir.
Seulda çəkinirlər ki, Şimali Koreya yaxın illərdə sualtı raketdən hücum üçün istifadə edər və bununla da, Koreya Yarımadasının balansını poza bilər.