Arvadı erməni olan azərbaycanlı sədrlər

Arvadı erməni olan azərbaycanlı sədrlər backend

Moskva Vəkillər Kollegiyasının üzvü Real-a hər şeyi açıb danışdı


“Rusiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin bəzi sədrlərinin həyat yoldaşları ermənilərdir. Yəni yalnız Ağadadaş Kərimovun həyat yoldaşı erməni deyil”.

Bu barədə Real-a Moskva Vəkillər Kollegiyasının vəkili, 35 ildir Rusiyada yaşayan Ələkbər Qarayev deyib.

Rusiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin fəaliyyətini kəskin tənqid edən Ə.Qarayev qeyd edib ki, 26 fevralda Xocalı soyqırımının tanıdılması ilə bağlı demək olar ki, heç bir iş görmürlər.

“Bunlar sadəcə qrant almaqla məşğuldur. Xocalı soyqırımının tandılması ilə bağlı təşəbbüs irəli sürmüşdüm, lakin uğurlu alınmadı. Çünki cəmiyyət sədrləri dəstək vermədilər. Xocalı soyqırımını burada sadəcə belə keçirirlər: Azərbaycanlıların kafesində ehsan süfrəsi verirlər, vəssalam. Bu yaxınlarda Ağadadaş Kərimovun qızının erməniyə ərə verilməsi ilə xəbərlər yayıldı. Onun həyat yoldaşı da ermənidir. Guya bunu heç kim bilmirdi ki? Hamı bilirdi. Rusiayda 4-5 Azərbaycan cəmiyyətinin sədrinin arvadı ermənidir”, - deyə vəkil qeyd edib.