ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri bu gün Cənubi Koreyaya səfər edib.
Axar.az xəbər verir ki, səfər çərçivəsində ABŞ rəsmisi Cənubi Koreyanın Prezidenti Pak Kın He ilə bir araya gəlib.Departamentdən verilən açıqlamada bildirilib ki, Kerri xanım Kın He ilə görüşdə ikitərəfli münasibətləri müzakirə edib.
İki günlük səfər çərçivəsində sabah Kerrinin Xarici İşlər naziri Yun Ben-Se ilə görüşü gözlənilir. Görüşdə iyun ayında baş tutacaq iki ölkənin liderinin də iştirak edəcəyi zirvə toplantısının hazırlıq işləri müzakirə olunacaq.
Daha sonra Vaşinqton rəsmisinin Koreyada yerləşən ABŞ hərbi bazasında əsgərlərlə görüşü və Koreya Universitetində kiber təhlükəsizlik mövzusunda çıxış etməsi gözlənilir.