Türkiyənin Tunceli bölgəsində hava dəstəkli əməliyyatda 8 terrorçu öldürülüb.
Qaziler.az bildirir ki, 3 gün əvvəl keçirilmiş əməliyyat zamanı isə 5 terrorçu zərərsizləşdirilmişdi.3 gün öncə aparılan əməliyyat zamanı zərərsizləşdirilən PKK-çılardan ikisinin - terrorçuların boz siyahısındakı “Şevger” kod adlı Zeynal Kiçik, “Fuat Fikri” kod adlı Fuad Ağqaya olduğu müəyyən edilib.
Tuncelinin Kutuderesi Vadisində olan sıx meşəlik və sıldırım ərazidə döyüş hazırlığı aparan terrorçuların yeri kəşfiyyatçılar tərəfindən müəyyən edilib.
Bölgə sıx meşəlik və sıldırım ərazi olduğuna görə PKK terrorçularının olduğu ərazi əvvəl 2 ədəd F-16 döyüş təyyarələri ilə bombalanıb. Sonra yerli jandarma qüvvələri ərazidə əməliyyat keçirib.
Əməliyyat nəticəsində 8 terrorçu öldürülüb. Döyüşlərin davam etdiyi bildirilir.
