Taliban hücuma keçdi: 86 kənd ələ keçirildi, türkmənlər qaçdı

Taliban hücuma keçdi: 86 kənd ələ keçirildi, türkmənlər qaçdı backend

Əfqanıstanla Türkmənistan sərhədində baş verən silahlı qarşıdurma nəticəsində türkmənlər öz evlərini tərk ediblər.

Axar.az xəbər verir ki, bu barədə məlumatı əfqanıstanlı millət vəkili Səid Sadat bildirib.

Millət vəkili bildirib ki, Taliban Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Onlar bu ilin aprelindən hücuma keçib. Bu səbəbdən yerli əhali və etnik türkmənlər evlərini tərk ediblər.