Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd planı hazırlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, ölkənin kəşfiyyat xidmətlərinə Ərdoğanın Balkanlara səfəri zamanı ona sui-qəsd ola biləcəyinə dair məlumatlar daxil olub.Qərb kəşfiyyatı da belə bir təhlükənin gözlənildiyini təsdiqləyib. İddia olunub ki, sui-qəsd planı bir qrup Türkiyə əsilli şəxs tərəfindən hazırlanıb.
Hazırda kəşfiyyat xidmətləri daxil olan məlumatlarla bağlı araşdırma aparır.