Amerika pilotsuzlar ordusu hazırlayır

Amerika pilotsuzlar ordusu hazırlayır backend

Dəstə halında hücum edən pilotsuzlar

Amerikanın “Serra nevada” şirkəti dəstə halında idarə oluna bilən pilotsuzlar hazırlayıb.

Onlarla pilotsuz S-130 Hercules hərbi nəqliyyat təyyarəsindən müəyyən olunmuş əraziyə atıla bilir.

“Dron”lar tapşırıq icra olunduqdan sonra təyin olunmuş yerə toplanır və oradan yenidən istifadə üçün toplanırlar. Bu dronlar kəşfiyyat və zərbə təyinatlı ola bilirlər.

Hələ ötən ilin noyabrında Amerika mütəxəssisləri partladıcı ilə silahlanan çox kiçik ölçülü kamikadze pilotsuzlar nümayiş etdirdi.

Az qala həşərat ölçüsündə olan bu pilotsuzlar da təyyarədən müəyyən əraziyə sürü şəklində buraxıla bilir. Hədəfi tapan hər bir pilotsuz onun başına çırpılaraq məhv edir.