Yaxın Şərqdə yaşanan vəziyyət geniş müharibəyə gətirib çıxara bilər.
Axar.az xəbər verir ki, bu sözləri Fransa Xarici İşlər naziri Jan-Yves Le Drian deyib.O bildirib ki, İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz.
Qeyd edək ki, Qəzza sərhəd zolağında baş verən toqquşmalarda 60-ya yaxın fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb.