İsrailli nəşrdən ölkəsini QƏZƏBLƏNDİRƏCƏK YAZI

İsrailli nəşrdən ölkəsini QƏZƏBLƏNDİRƏCƏK YAZI backend

İsraildə dərc olunan “Haaretz” qəzetində nəşr olunan bir məqalədə, "İsrailin sərhədini müdafiə hüququnun olması danılmazdır, ancaq bu, sərhədi keçməyə çalışan hər kəsə canının istədiyini edə biləcəyi mənasına gəlməz" deyə, bildirilib.

İsrailin törətdiyi qətliama dünyadan reaksiyalar yağarkən, İsrail qəzeti “Haaretz”də də diqqət çəkən bir məqalə yer alıb. İsrail mərkəzli “Haaretz” qəzeti, “Qan vannasını dayandırın” adlı redaksiya məqaləsində, "İsrailin sərhədini müdafiə hüququnun olması şübhəsizdir, ancaq bu sərhədi keçməyə çalışan hər kəsə canının istədiyini edə biləcəyi mənasına gəlməz" deyə, yazıb.

“Haaretz”in məqaləsində, "Bir ay yarımdır ki, silahsız insanlar tərəfindən keçirilən nümayişlər onlarla ölüm və minlərlə yaralıyla nəticələnib. Qəzzadakı bu şou həftələrində Həmas və digər müqavimət hərəkatları İsrailə raket atmaqdan çəkinib. Heç bir İsrail əsgəri və ya mülki əhali yaralanmayıb. Digər tərəfdən, İsrail, silahsız insanlara qarşı snayper atəşi ilə qarşılıq verərək onları öldürdü və ya şikəst etdi" deyə, qeyd edilib.

Müxalifət.az