1948-dən BƏRİ DİNMƏYƏN ACI: NEKBE

1948-dən BƏRİ DİNMƏYƏN ACI: NEKBE backend

İsrailin 15 may 1948-ci ildə tarixi Fələstin ərazilərində müstəqilliyini elan etməsi, Fələstinlilər üçün on illərdir davam edən faciələr silsiləsinin başlanğıcı oldu.

Fələstinlilər üçün məcburi miqrasiya, yağma və soyqırımların simvolu olan "Nekbe" (Böyük Fəlakət), düz 70 ildir ki, dinməyən bir acını ifadə edir.

TORPAQLARA ƏL QOYULUB

Günümüzə qədər uzanan bu prosesdə Fələstin torpaqlarının böyük bir hissəsi işğal olunub, sistematik qırğınlarla minlərlə Fələstinli öldürülüb, bir milyona yaxın insan vətənindən sürgün edilib, minlərlə kənd məhv edilib və bəzi şəhərlər Yahudiləşdirilib. Nekbedən bu yana işğalı genişləndirən İsrail, hazırda 27 min kvadrat kilometrlik tarixi Fələstin torpaqlarının 85 faizinə əl qoyub. Fələstinlilər isə bu sahənin yalnız 15 faizini istifadə edə bilir. İsrail həmçinin 1967-ci ildə işğal etdiyi Şərqi Qüds və Qərbi Şeriada da qeyri-qanuni Yəhudi məskunlaşma tikintilərinə davam edir.

1 MİLYONA YAXIN FƏLƏSTİNLİ SÜRGÜN EDİLİB

Fələstinlilərin "Böyük Fəlakət" mənasına gələn "Nekbe" adını verdiyi 15 May günü, Fələstin və İsrail cəmiyyətlərinin zehnində daban-dabana zidd şəkildə şərh ediLİr. İsraillilər üçün "dövlətin quruluş" günü olan 15 may, Fələstinlilər üçün isə sakinlərinin 67 faizini təşkil edən 957 min insanın yurdlarından zorla çıxarılması, mədəni və sosial irsin yox edilməsi ilə başlayan və günümüzə qədər davam edən fəlakətlər silsiləsi mənasına gəlir.

5 MİLYON FƏLƏSTİNLİ QAÇQIN DÜŞƏRGƏSİNDƏ YAŞAYIR

O tarixdən bu yana əhali artımı ilə birlikdə Fələstinli qaçqınların sayı dünya üzrə 5,9 milyona çatıb. Bunların təxminən 5,3 milyonu Birləşmiş Millətlər Təşkilatı Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) qeydiyyatlı vəziyyətdədirlər.

TARİXİ 2 ƏSR ƏVVƏLƏ SÖYKƏNİR

Nekbenin ilk toxumunun "Fransız general Napoleonun fikrilə atıldığı, Balfur Bəyannaməsi ilə formalaşdığı və son olaraq İsrailin ilk baş naziri Ben Gurion tərəfindən təcəssüm edildiyi" ifadə edilir.

Müxalifət.az