İsrail-Fələstin sərhədindən DƏHŞƏTLİ FOTOLAR

İsrail-Fələstin sərhədindən DƏHŞƏTLİ FOTOLAR backend

ABŞ-ın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin tərəfinin verdiyi son məlumata görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində sərhəddəki nümayişlərdə iştirak edən fələstinlilərdən 37-si ölüb.

Yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidranın məlumatına görə, yaralıların sayı 1700-dən çoxdur. Ölənlər arasında uşaq da var. Toqquşmalar davam edir.

Qeyd edək ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsi "Fox News" və "Fox Business" kanallarından Bakı vaxtı ilə axşam saat 22:00-da canlı yayınlanacaq.

İsrail-Fələstin sərhədində çəkilən foto görüntüləri təqdim edirik.