Ərdoğan: Rusiyanın S-400 raketlərini almaqdan imtina etməyəcəyik

Ərdoğan: Rusiyanın S-400 raketlərini almaqdan imtina etməyəcəyik backend

Ankara Rusiyanın S-400 zenit-raket komplekslərinin (ZRK) alışından imtina etməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə NATO-nun üzvü olsa da, Vaşinqton Türkiyəyə ABŞ istehsallı ZRK-ların satışından imtina edib:

"ABŞ Ankaraya seçim imkanı vermədi və buna görə də Türkiyə Moskva ilə S-400 ZRK-larının alışı üçün danışıqlar aparmağa məcbur oldu".

Dövlət başçısı deyib ki, Türkiyə üçün milli maraqlar hər şeydən üstündür.