Fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub
Qəzzada İsrail ordusu tərəfindən öldürülən dinc fələstinlilərin sayı 16-ya çatıb. 500-ə yaxın insan isə yaralanıb.AzVision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən bu gün Qüdsə köçürməsinə qarşı Qəzzanın İsraillə sərhəddində 10 mindən çox fələstinli etiraz aksiyası keçirir. İtkilərə baxmayaraq, onlar mübarizəni davam etdirəcəklərini bəyan ediblər:
“Bu gün çoxları şəhid olub. Amma bu, bizim hasarı keçib İsrail və dünyaya həmişə işğal altında qalmağı qəbul etməyəcəyimizi göstərdiyimiz gündür”.