Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın yeni baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib.
Modern.az Rusiya KİV-nə isitnadən xəbər verir ki, Avrasiya İttifaqının sammiti çərçivəsində təkbətək görüş keçirən iki liderin görüşü maraqla gözlənilirdi.“Sizi baş nazir seçilməyiniz münasibətilə təbrik edirəm. Ermənistanı regiondakı yaxın tərəfdaşımız və müttəfiqimiz görürük”-deyə Putin deyib.
“Baş nazir seçilməyimdən bir neçə gün sonra sizinlə görüşmək şansına görə təşəkkür edirəm. Ermənistanla Rusiya arasında strateji münasibətlərin olması heç bir şübhə doğura bilməz və sizi inandırıram ki, bu məsələdə Ermənistan cəmiyyətində konsensus var”.
Bundan sonra, görüş bağlı qapılar arxasında keçirilib.
xxx
Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Bu haqda Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir.
Görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.
Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan, digər rəsmilər qatılıb.