Rusiya: “ABŞ-ın qoşulmasında bir məna görmürük“

Rusiya: “ABŞ-ın qoşulmasında bir məna görmürük“ backend

Rusiya tərəfi "Normandiya dördlüyü"nə ABŞ-ın qoşulmasında bir məna görmür.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Biz çalışırıq ki, amerikalı həmkarlarımız dağıdıcı ritorikadan imtina etsin. Ən vacibi isə Ukrayna ilə bağlı aparılan siyasətə düzəliş edilsin. Bu istiqamətdə müəyyən nəticələrə nail olunub. Bizə görə, Kiyev Donetsk və Luqanskla düzgün formada dialoq aparmalıdır, bu şəkildə irəliləyiş əldə etmək mümündür", - Ryabkov vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Moskvadakı səfiri Con Tefft ölkəsinin "Normand dördlüyü"nə qoşulmağa hazır olduğunu bəyan etmişdi.
Diaspora