“Ukraynaya yaxın zamanlarda Rusiyadan heç bir hücum olmayacaq”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Radasının deputatı Semen Semençenko çıxış edib.Onun sözlərinə görə, Rusiya Kiyev üzərində siyasi qələbə qazanmağa çalışır:
“Məncə, hücumla bağlı bu cür fikirlər yalnız şüuraltı təsir vasitəsidir. Bununla da Rusiya bizim hərbi-siyasi rəhbərliyimizi məcbur edir ki, onun tələblərini yerinə yetirsin”.