Xüsusi olaraq Roma Papası Fransisk üçün hazırlanan "Lamborghini” "Sotheby's” hərracında satılıb.
Qaziler.az bildirir ki, avtomobil kompaniyasından verilən məlumata görə, maşın 715 min avroya satılıb.Papa keçən ilin noyabrında onun Vatikanda keçirilən prezentasiyasında maşına avtoqraf qoyub.
Əldə olunan gəlirin İraqın Neynəva şəhərinə yardım üçün sərf olunacağı bildirilib.
Papa üçün hazırlanmış xüsusi model olan Lamborghini ağ rənglə boyanıb. Korpus boyunca Vatikan bayrağına uyğun olaraq iki qızılı xətt çəkilib.