Brüssel Hava Yollarının pilotları 14-16 may tarixlərində tətil keçirəcək.
Teleqraf.com xəbər verir ki, pilotlar bu addımı 2012-ci ildən bu yana ölkədə həyata keçirilən kəmər sıxma siyasətinə etiraz olaraq atırlar.Tətil səbəbindən həmin günlərdə 600 uçuş təxirə salınacaq.
2017-ci ildə Brüssel Hava Yollarını "Lufthansa" şirkətinin alması pilotlarda böyük ümid yaradıb.
Amma 2018-ci ilin ilk üç ayını Brüssel Hava Yolları şirkəti 26 milyon avro zərərlə tamamlayıb. Bu səbəbdən hazırda şirkətdə daxili kəmər sıxma siyasəti tətbiq olunur. Şirkət rəhbərliyi pilotların əmək haqlarını 2019-cu ilin yanvarında artıracağına söz versə də, bu təklif müsbət qarşılanmayıb.