Biz Türkiyə ilə Suriya arasında əməkdaşlığın başlanmasının regiondakı problemlərin həll edilməsinə səbəb olacağına inanırıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş Qərargah Kəşfiyyat İdarəsinin keçmiş rəisi Haqqı Pekin deyib."Qeyri-hökumət təşkilatları vasitəsilə "arxa qapı" diplomatiyası kanallarını açıq saxlamağa çalışırıq. Bu səfərlərdə təhlükəsizlik məsələləri də gündəmə gəlir. Tərəflərin açıq şəkildə görüşlər keçirməsi üçün çalışırıq. Burada əhəmiyyətli olan kanalları açıq tutmaqdır", - Pekin qeyd edib.