Türkiyə ordusunun daha 300 hərbçisinin tutulmasına qərar verilib

Türkiyə ordusunun daha 300 hərbçisinin tutulmasına qərar verilib backend

Türkiyə Silahlı Qüvvələrinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən daha 300 hərbçisinin tutulmasına sanksiya verilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, onların 211-i yüksək vəzifəli zabitdir.

Bildirilib ki, mayın 11-də yerli vaxtla saat 04.00-da (Bakı vaxtı ilə səhər saat 05.00) eyni vaxtda bir neçə ünvanda əməliyyat keçirilib.

Məlumata görə, 150 hərbçi artıq tutulub. Digər hərbçilərin saxlanılması istiqamətindən əməliyyat davam edir.