ABŞ, Fransa və PKK Türkiyədə 24 iyunda keçirilməsi nəzərdə tutulan seçkilərdən əvvəl terror və xaos törətmək barədə razılığa gəlib.
Axar.az xəbər verir ki, bu şok iddia ilə “Axşam” qəzeti çıxış edib. Məlumata görə, tərəflər Rakka şəhərində keçirilən gizli toplantıda bu barədə qərar qəbul ediblər.Türkiyə kəşfiyyat orqanları seçkilərdən əvvəl PKK-nın ölkənin müxtəlif şəhərlərində ardıcıl terror aktları həyata keçirməyi planlaşdırdığını üzə çıxarıb. ABŞ və Fransa hərbçiləri PKK-ya həmçinin Türkiyədə Gəzi və Ədalət Yürüşünə bənzər aksiyalar təşkil etməklə bağlı təlimatlar verib.
Mütəxəssislər sözügedən dönəmin Türkiyə üçün çox kritik olduğunu bildirərək, əhalini diqqətli olmağa çağırıb.
Qeyd edək ki, 24 iyunda Türkiyədə prezident və parlament seçkiləri baş tutacaq.