İraqda ABŞ liderliyindəki beynəlxalq koalisiya təyyarələri İŞİD tərəfindən ələ keçirilən Ənbar vilayətinin Ramadi şəhərini bombalayıb.
Axar.az xəbər verir ki, hədəf əsasən terrorçular tərəfindən tutulan hökumət binaları seçilib. İtkilər barəsində hələlik məlumat yoxdur.Xatırladaq ki, bu gün səhər saatlarında İŞİD terrorçuları Ramadi şəhərində hökumət binalarını zəbt edib.