Baykonur kosmodromundan havaya qaldırılan “Proton-M” raketi qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, raket Meksikanın “MexSat-1” peykini orbitə daşıyarkən üçüncü pillədə mühərrik sönüb. Raket-daşıyıcının telemetriyası peykin ayrılmasından 1 dəqiqə əvvəl itib.“MexSat-1” rabitə peykinin yoxa çıxdığı bildirilib. Son məlumata görə o, Rusiyanın Çita vilayətinə düşüb.
Raket-daşıyıcının qəzaya uğraması ilə bağlı Rusiya sosial şəbəkə istifadəçiləri də məlumatlar yayıblar.
“Exo Moskvı” radiosunun aparıcısı özünün Tvitter səhifəsində yazıb:
“1. Beynəlxalq Kosmik Stansiyanın orbitini gecə korrektə etmək mümkün olmayıb. 2. “Proton”un qalıqları Yerə düşür. 3. Dmitri Roqozin hələ də baş nazirin müavinidir”.
Qeyd edək ki, bir müddət əvvəl “MexSat-1”-in buraxılması peykin hazırlanması ilə məşğul olan “Boinq” şirkətinin içəri cizahlarının yoxlanılması üçün əlavə vaxt istəməsi səbəbindən təxirə salınmışdı.