Rusiyalı diplomata nəcis atdılar - Şok video

Rusiyalı diplomata nəcis atdılar - Şok video backend

Ukraynada radikal millətçilər (C14 qrupu) Rusiyanın Kiyevdəki Əməkdaşlıq Təşkilatının rəhbəri Konstantin Vorobyovun üstünə “zelyonka” və nəcis atıblar.

Teleqraf.com xəbər verir ki, rusiyalı diplomat bu gün Qələbə bayramı münasibətiylə müharibədə həlak olanların xatirəsinə ucaldılan abidənin qarşısına gül qoymağa gedirmiş. Bu zaman diplomat evinin yanında onu gözləyən 8 radikalın hücumuna məruz qalıb. Onlar Vorobyova hücum edərək “zelyonka” və nəcis atıblar.

Baş verənlərə münasibət bildirən diplomat “həyatımda ilk dəfədir ki, önəmli günü- “Qələbə bayramı”nı dostlarım və həmkarlarımla layiqincə qeyd edə bilmirəm” deyib.

Az sonra radikallar hadisənin video və fotolarını sosial şəbəkədə yayıblar.
">