Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ermənilərə, eyni zamanda qondarma erməni soyqırımını müdaifə edənlərə səslənib.
Real TV xəbər verir ki, Ərdoğan ermənilərin və onların havadarlarının dünyadakı disaporları ilə Türkiyə əleyhinə kampaniya apardıqlarını bəyan edib.“Biz həmişə bəyan etmişik, indi də deyirəm, Türkiyə Silahlı Qüvvələrinin və Prezidentin arxivləri bu məsələ ilə bağlı hər zaman açıqdır. Qondarma erməni soyqırımı iddialarını dəstəkləyənlərə deyirəm - Əgər ürəyiniz varsa, gəlin. Arxivləri açaq. Amma edə bilmirsiniz, çünki biz haqlıyıq”, - deyə Ərdoğan bildirib.



