ABŞ Prezidenti Barak Obamanın xüsusi nümayəndəsi general Con Allen və köməkçisi Brett Makqurk gözlənilmədən Türkiyəyə gəlib.
Axar.az xəbər verir ki, ABŞ-ın Ankara səfirliyindən verilən açıqlamada bildirilir ki, nümayəndə heyətləri arasında keçirilən görüşdə İŞİD-lə mübarizə mövzusunda Türkiyə ilə ABŞ arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.Bundan başqa Suriya müxalifətinə verilən dəstək, mülki əhalini terror hücumlarından qorumaq əsas müzakirə mövzusu olub.